Yuxarı

Bakı məğlubiyyətindən sonra uşaq kimi ağladım - Bottas

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı məğlubiyyətindən sonra uşaq kimi ağladım - Bottas

"Mersedes" komandasının pilotu Valtteri Bottas etiraf edib ki, 2018-ci ildə Azərbaycanda keçirilən Qran-pridən sonra o qədər məyus olub ki, mehmanxanaya qayıtdıqdan sonra ağlayıb. Finlandiyalı idmançı həmin yarış zamanı önə çıxsa da, təkərin partlaması səbəbindən yarışı başa çatdıra bilməyib.

Report xəbər verir ki, pilotun sözlərini "Racefans" nəşri sitat gətirib.

"Bu, mənim karyeram ərzində ən böyük məyus olduğum yarışlardan biri idi. Onun ən yaxşı yarışlardan biri olduğunu düşünürdüm. Uzun müddət geridə gedirdim, lakin önə çıxa bildim. Hiss edirdim ki, hər şey nəzarət altındadır, yalnız bir az şansa ehtiyacım var idi, lakin sonra deşilmə oldu və çıxışımı dayandırdım. Çox istərdim ki, mövsümdə ilk qələbəmi qazanım, çünki bundan əvvəl bir neçə dəfə finişə liderdən bir addım geridə çatmışam. Sonra bütün komanda məni dəstəklədi.

Mehmanxanaya qayıtdıqdan sonra tamamilə əzgin idim və uşaq kimi ağladım. Ancaq, sonra özümə gəldim və dedim ki, bir uğursuzluq məni sındıra bilməz", - deyə Bottas bildirib.

Tarix
2018.12.23 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla