Yuxarı

İlin ilk hərracı: bu nazirliklər maşınını satır – Qiymət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlin ilk hərracı: bu nazirliklər maşınını satır – Qiymət

Bir çox dövlət qurumu yeni ilin ilk avtomobil hərracına balanslarında olan bəzi avtomobilləri təqdim edib.

Axar.az xəbər verir ki, 29 yanvar tarixində keçirilməsi nəzərdə tutulan hərraca ümumilikdə 8 avtomobil təqdim edilib. Onlardan ikisi Energetika Nazirliyinə, ikisi Daxili İşlər Nazirliyinə, ikisi isə Milli Məclisə məxsusdur.

Dövlət Təhlükəsizlik Xidməti və Şəki Apellyasiya Məhkəməsi isə özəlləşdirməyə hərəsi bir avtomobil təqdim edib.

Hərraca ilkin satış qiyməti ən yüksək olan avtomobili Dövlət Təhlükəsizlik Xidməti təqdim edib. DTX-nın təqdim etdiyi “Şevrolet Niva 21230L” avtomobili üçün ilkin satış qiyməti 7000 manat müəyyən edilib.

Ən aşağı qiymətlə hərraca təqdim edilən avtomobil isə Milli Məclis Aparatının Mətbəəsinə məxsus QAZ-31029 avtomobildir ki, onun da ilkin satış qiyməti cəmi 400 manatdır.

Tarix
2019.01.05 / 12:23
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla