Yuxarı

Azərbaycanda hər kəsi heyrətə gətirən 61 illik maşın - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda hər kəsi heyrətə gətirən 61 illik maşın - Video

Zaqatala sakini Azər İmamovun 61 illik retro maşını görənlərin diqqətini çəkir.

Axar.az ARB TV-yə istinadən xəbər verir ki, Azərin retro maşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan maşın tam 3 ilə yığılıb.

O bildirib ki, maşının detalları çətinliklə tapılır:

“Müasir avtomobil deyil ki, mağazadan alasan. Xarici ölkələrdən, Rusiya, Ukraynadan köhnə hissələr gətirirəm. 1958-ci ildən 1970-ci ilədək istehsal edilib. II Dünya Müharibəsi əlilləri üçün nəzərdə tutulub. Köhnə maşınlara marağım var. İstədim ki, babamızın yadigarını qoruyum”.

Avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və foto şəkil çəkdirir.

Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub. Ancaq o, satmaq istəməyib.

Tarix
2019.01.07 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla