Yuxarı

Avtomobillər öz-özünə nə üçün yanır? - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobillər öz-özünə nə üçün yanır? - Ekspert

Bakıda hərəkətsiz halda olan avtomobillərin öz-özünə alışması halları artıb. Belə məqamlarda sürücülər adətən necə hərəkət etmək lazım olduğunu bilmirlər. Çünki əksər sürücülərin avtomobilin motorxanası haqqında anlayışı yoxdur. Bu da kiçik alışma olan avtomobilin sürətlə yanıb kül olması ilə nəticələnir.

Axar.az xəbər verir ki, mütəxəssislər avtomobillərdə baş verən yanğınlarda başlıca səbəb kimi qısaqapanmanı göstərir. Qısaqapanmanın yaranmasında isə əsas amil havada rütubət və nəmişliyin çox olmasıdır.

Hansı havada avtomobil alışa bilər?

Mütəxəssislər hesab edir ki, rütubətli havalarda avtomobillərin elektrik avadanlıqlarında izolə qatının pozulması hesabına qısaqapanma baş verir. Belə hallarda yanğın halları daha çox olur. Havaların rütubətli və bəzən də yağmurlu olmasının yanğınlarda rolu çoxdur.

Bundan başqa, avtomobilin elektrik sisteminə, naqillərinə müdaxilə səbəbindən də yanğın baş verir. Mütəxəssislər bildirir ki, bu gün avtomobillərə əlavə qurğular, siqnallar, videomonitorlar quraşdırılır. Bütün bu işlər təminatlı texniki təmir stansiyalarında həyata keçirilmir. Belə qurğu və avadanlıqlar ayrı-ayrı yerlərdə kustar üsullarla, mütəxəssis olmayan şəxs tərəfindən həyata keçirildiyindən, avtomobillər dayandığı yerdə öz-özünə alışır.

Avtomobiliniz yanarsa…

Avtomobil mütəxəssislərinin sözlərinə görə, maşında yanğın hallarının qarşısını almaq üçün sürücülər ilk növbədə avtomobillərini saz vəziyyətdə saxlamalıdır. Avtomobillərin elektrik təchizatı yoxlanılmalı, kabel və naqillərində gərginlik boşalmasının olub-olaması müəyyənləşdirilməlidir. Əgər bütün bunlara əməl edilsə, yanğın hadisələri kəskin şəkildə azala bilər.

Həmçinin sürücülər maşınlarında yanğınsöndürən balon gəzdirməlidir. Avropa və Şərq dövlətlərində istehsal edilmiş avtomobillərin konstruksiya dəstində bunlar nəzərdə tutulub.

Əgər maşında kiçik alışma baş verirsə, sürücü özünü itirməməli və tez həmin balonla yanğının qarşısını almalıdır. Öncə mühərrik sondürülməlidir. Sürücü bacara bilsə, elektirik açarını akkumlyator batareyasından ayırmalıdır ki, elektrik şəbəkəsi işləməsin.

Yanğın hansı avtomobillərdə daha çox olur?

Sürücülər diqqət etməlidir ki, ən çox yanğın köhnə buraxılış ili olan xarici maşınlarda müşahidə olunur. Son 10 ildə aparılan müşahidələrə görə, köhnə modelli xarici maşınlarda olan yanğın halları hətta sovet istehsalı olan avtomobillərdən də çoxdur. Həmin maşınların elektrik təchizatında nasazlıqlar baş verir ki, bu da özünü yanğınlarla büruzə verir.

Tarix
2019.01.23 / 23:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla