Yuxarı

Azərbaycanın "Pejo"su satışa çıxarılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın "Pejo"su satışa çıxarılır

Neftçala Sənaye Məhəlləsində yerləşən “Xəzər” avtomobil zavodunda fevral ayından etibarən ilk “Pejo” (Peugeot) markalı avtomobillər satışa çıxacaq.

Axar.az xəbər verir ki, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında “Xəzər” avtomobil zavodunun direktoru Emin Axundov deyib.

Onun sözlərinə görə, istehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb: “Həmçinin 2019-cu ilin sonlarından etibarən “Xəzər” (Khazar) avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq”.

“Zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və “Khazar” avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib. Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada “Krokus Ekspo” Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim “Khazar” avtomobilləri sərgidə nümayiş etdirilib”, - deyə Emin Axundov bildirib.

Tarix
2019.01.30 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla