Yuxarı

Bu nömrəli maşınlar cərimədən necə yayınır? - Ekspert

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar paytaxt yollarında Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərinin sayı çoxalıb. Bu artıq sürücülər arasında dəb halını alıb. Maraqlısı isə odur ki, belə nömrəli avtomobillər hər hansısa qayda pozduqda radar və kameralar bunu aşkar etsə də, sürücülər bu vəziyyətdən asanlıqla çıxa, sərhədi keçib Gürcüstana gedə bilirlər. Bu da təbii olaraq müəyyən problemlər yaradır.

Mövzu ilə bağlı Axar.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bəzən hətta 5000-10000 manata qədər cərimə dəyərində qayda pozan belə avtomobillə sürücülər Gürcüstana keçir, yeni nömrə alaraq Azərbaycana qayıdırlar.

E.Muradlı bildirib ki, artıq bunun qarşısını almaq üçün müəyyən işlərə start verilib və nəticə də var:

“Baş Dövlət Yol Polisi İdarəsi ilə müzakirələr aparmışıq. Belə bir nəticə ortaya çıxdı ki, hazırda bu əməllərə yol verən sürücülər heç də məsuliyyətdən kənarda qala bilməz. DYP əməkdaşları həmin nəqliyyat vasitələrini saxladıqda onun ban və şassi nömrələrini Mərkəzi Məlumat Sistemində yoxlamaqla əvvəlki cərimələrini də üzə çıxara bilirlər. Artıq son günlər onlarla belə avtomobil saxlanılıb və məlum olub ki, onların əksəriyyəti bir neçə dəfə Gürcüstanda dövlət qeydiyyat nişanını dəyişib.

Belə nömrəli avtomobillərin şəhərdə artmasına səbəb bu ilin əvvəlindən nəqliyyat vasitələrinə tətbiq olunan gömrük rüsumunun artırılması olub. Gürcüstanda yaşayan qohum və ya tanışlarının adına alınaraq ölkəyə daxil edilən maşınlar da var. Gürcüstana tez-tez gedən vətəndaşlarımız kiçik məbləğ qarşılığında gürcü vətəndaşdan etibarnamə alaraq, avtomobili ölkəmizdə rahatlıqla sürə bilir. Ona heç kim deyə bilməz ki, sürmə. Ancaq qaydalar çərçivəsində idarə etməlidir. Bəzi sürücülər var ki, hətta qaydaları pozmaq və məsuliyyətdən yayınmaq üçün Gürcüstan dövlət nömrə nişanlı avtomobil alırlar. Ancaq belə maşınları alıb taksi kimi fəaliyyət göstərənlər də var”.

E.Muradı bildirib ki, Gürcüstan nömrəli avtomobil idarə edən sürücülər turistlərə və onların avtomobillərinə edilən güzəştlərdən də istifadə edirlər:

“Gürcüstan dövlət nişanlı maşınların eləsi var ki, bu gün 15 min, 17 min manat cəriməsi var. Belə avtomobil sürənləri adətən polis saxlamadığı üçün sürücüləri elə fikirləşir ki, qaydaları poza bilərlər. Turistlərə edilən güzəştlərdən belə avtomobil sürücüləri də istifadə edir. Ölkədə turizmin inkişafı üçün qeyri-rəsmi də olsa, tapşırıq verilib ki, turistləri incitməyin və xarici nömrəli avtomobillərin sürücülərinə hörmətlə yanaşın. Həmin sürücülər də bundan sui-istifadə edir.

Belə olan halda da həmin sürücülərin cəriməsi həddi aşıb. Cərimələrin bu qədər yığılmasından sonra belə avtomobillərin sürücüləri məsuliyyətdən yayınmaq məqsədi ilə yenidən Gürcüstana gedərək, cüzi miqdarda pul xərcləyib avtomobilin nömrəsini dəyişdirir. Amma artıq DYP-də bunun üstünü açıb və onların izinə düşüb. Məsuliyyətdən yayınmaq məqsədi ilə indi həmin sürücülər Gürcüstan səfirliyinə və bizim Daxili İşlər Nazirliyinə müraciət edirlər ki, polislər onlara qarşı haqsızlıq edirlər. Lakin burada haqsızlıqdan söhbət gedə bilməz. Qayda pozmayan sürücü deyə bilməz ki, ona cərimə yazılıb”.

Tarix
2019.02.14 / 11:37
Müəllif
Nigar, Nərmin
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla