Yuxarı

Baş nazirdən qərar: Taksilərin qiyməti qalxır?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirdən qərar: Taksilərin qiyməti qalxır?

Taksi xidmətləri ilə bağlı bu gün qəbul edilən qərar onların qiymət artımına səbəb olmayacaq.

Bu sözləri Axar.az-a “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsinə münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı deyib.

O qeyd edib ki, texniki cəhətdən nasaz taksilər əvvəllər də müzakirə mövzusu olub, çünki çox təhlükəlidir:

“Ona görə belə avtomobillərin taksi kimi istifadəsi düzgün deyil və proqramdan da irəli gələn məsələ kimi yavaş-yavaş belə avtomobillər yığışdırılacaq. Taksilərin əhaliyə xidmət sahəsi olduğunu nəzərə alsaq, belə keyfiyyətsiz maşınlarla yüksək xidmətdən danışmaq mümkün deyil. Lakin düşünürəm ki, bu problemlər qısa müddətdə həll olunmayacaq. Çünki əvvəlki illərlə müqayisədə hazırda yüksək qiymət və gömrük rüsumu səviyyəsində ölkəyə yeni avtomobillərin gətirilməsi azalıb. Fikrimcə, “Xəzər” avtomobil zavodu, Naxçıvan Avtomobil Zavodu (NAZ) yerli avtomobilləri güzəştli şərtlərə taksi sürücülərinə satmaqla bu problemlərin aradan qaldırılmasına zəmin yarada bilər. Belə olan halda mərhələli şəkildə bu məsələlər öz həllini tapmış olar”.

Qeyd edək ki, bu gün Baş nazir Novruz Məmmədov “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”i təsdiq edib.

Tarix
2019.03.07 / 16:21
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Azərbaycan İrana uçuşları dayandırıb?

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla