Yuxarı

AZAL-ın almaq istədiyi “Boinq”də yeni qüsur tapıldı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL-ın almaq istədiyi “Boinq”də yeni qüsur tapıldı

“Boinq” şirkəti 737 MAKS təyyarələrinin proqram təminatında MCAS (Manevr xüsusiyyətləri genişləndirilməsi sistemi) sisteminə aidiyyəti olmayan daha bir qüsur olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

“Biz proqram təminatının yenilənməsini uğurla həyata keçiririk. Bu müddət ərzində biz MCAS-a aid olmayan daha bir aspekti üzə çıxardıq. Bu məqam da proqram təminatının bir hissəsi olacaqdır”, - “Boinq”dən bildirilib.

Kompaniya sözügedən problemi əhəmiyyətsiz adlandırsa da, araşdırmaların gedişi ilə tanış olan mənbənin məlumatına görə, burada söhbət uçuşların təhlükəsizliyi baxımından kritik əhəmiyyətə malik məqamdan gedir.

Qeyd edək ki, bir qədər əvvəl Efiopiyada qəzaya uğrayan təyyarə ilə bağlı aparılan tədqiqatlarda Boinq 737 MAKS-ın “hücum sayğacı”nın səhv giriş bucağına sahib olduğu, bunun isə MSAS sistemini işə saldığı məlum olmuşdu.

Bu qəzanın ardınca dünyanın bir çox ölkəsi araşdırmalar başa çatana qədər Boinq-737 ilə uçuşları dayandırmışdı.

AZAL aviaşirkəti ilə “Boinq” korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd Boinq 737 MAKS-8 tipli təyyərə gətiriləcək. “Boinq” hələlik 737 MAKS modelinin tədarükünü dayandırıb.

Tarix
2019.04.05 / 10:10
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla