Yuxarı

ABŞ-da əzilən, suda batan maşınlar Bakıda necə satılır? - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-da əzilən, suda batan maşınlar Bakıda necə satılır? - Video

Amerika və ya Avropa ölkələrində qəzaya uğramış avtomobilləri ölkəmizə gətirib, satışını həyata keçirirlər. Hazırda Bakıda bu işlə məşğul olan çoxlu sayda şirkət var. Belə avtomobillərin qiyməti nisbətən ucuz olduğundan onlara tələbat da böyükdür.

Xəzər xəbər-in məlumatına görə, qəzaya uğramış və müxtəlif detalları əzilmiş bu avtomobillər Amerika və Cənubi Koreyadan ölkəmizə gətirilir. Son zamanlar Bakıda bu işlə məşğul olan şirkətlərin sayı artmaqdadır. Sözügedən avtomobillər ölkə bazarındakı maşınlardan ucuz başa gəldiyindən, onlara tələbat da çoxdur.

Bu işlə məşğul olanlar deyirlər ki, avtomobil internet üzərindən seçilir və sifarişə uyğun olaraq müştəriyə ya Gürcüstanın Poti limanında, ya da Bakıda təhvil verilir. Eyni avtomobilin yerli bazarla müqayisədə qiymət fərqi isə 20-40%-ə qədər olur.

Bundan başqa, müştəri təmir və gömrük rüsumlarını öz üzərinə götürsə, bu zaman avtomobil müştəriyə təhvil verilərkən qeyd edilən nasaz hissələrdən başqa digər detalların sazlığı təsdiq edilir və problem yarandığında şirkət müştəriyə əlavə ödəniş edir.

Şirkət rəsmisi bildirir ki, avtomobil gətirilərkən Poti limanına qədər təkcə yol xərci 1100-2000 dollar arasında dəyişir. Avtomobilin Bakıya çatdırılması üçün isə əlavə 350-400 dollar ödəniş alınır.

Tarix
2019.04.06 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla