Yuxarı

Tiflisdə yararsız avtomobillər belə nümayiş etdirildi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə yararsız avtomobillər belə nümayiş etdirildi - Foto

Gürcüstan paytaxtı Tiflisdə əzilmiş avtomobillərin nümayişi keçirilib.

Axar.az xəbər verir ki, avtomobil qəzaları nəticəsində əzilmiş və yararsız hala düşmüş avtomobillər Tiflisin mərkəzi küçələrində xüsusi hazırlanmış bir neçə yerdə tərsinə qoyularaq nümayiş etdirilib.

Yerli mətbuatın məlumatına görə, ölkədə ilk dəfə keçirilən aksiyanın təşkilatçısı nə paytaxt meriyası, nə də Daxili İşlər Nazirliyidir. Bununla belə, heç bir qurum əzilmiş avtomobillərin nümayişinə etiraz etməyib.

Aksiyanın özəl şirkətlər və qeyri-hökumət təşkilatları tərəfindən keçirildiyi ehtimal olunur. Bildirilir ki, aksiya son zamanlar avtomobillərin iştirakı ilə törədilən qəzaların sayının artmasına etiraz əlaməti olaraq təşkil edilib.

Təşkilatçılar bu yolla avtomobil sahiblərini, xüsusən də avtomobilləri sərxoş halda, narkotik vasitələrin təsiri altında, sürətlə idarə edən, işıqforların qadağanedici siqnallarına məhəl qoymayan sürücüləri ehtiyatlı olmağa çağırırlar.

Əzilmiş avtomobillərin çevrilmiş halda nümayişi böyük marağa və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Əksəriyyət aksiyanı dəstəkləsə də, təşkilatçıları tənqid edənlər də var.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda baş verən avtomobil qəzalarının böyü əksəriyyəti paytaxt Tiflisdə qeydə alınıb. 2018-ci ildə ölkə üzrə 6400 avtomobil qəzası qeydə alınıb, nəticədə 459 nəfər həyatını itirib.

Tarix
2019.04.10 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla