Yuxarı

Sürücülərin nəzərinə: 50 manat cərimələnəcəksiniz...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərin nəzərinə: 50 manat cərimələnəcəksiniz...

Avtomobillərin texniki baxış vaxtı ilə bağlı ötən ilin yayında edilən dəyişiklik sürücülərin əksəriyyətinin çaşqınlığına səbəb olub.

Bu barədə Axar.az-a danışan hüquqşünas Ərşad Hüseynov xatırladıb ki, dəyişikliklərə əsasən texniki baxış vaxtının avtomobilin istehsal ölkəsi və növü ilə bağlılığı artıq ötən ildən ləğv edilib.

Hüquqşünas qeyd edib ki, bu səbəbdən sürücülərə ötən il texniki baxışdan sonra verilmiş talonda göstərilən tarix əhəmiyyətini itirib:

“Nəqliyyat vasitəsi ötən il texniki baxışdan hansı tarixdə keçibsə, həmin tarixin üzərinə 20 gün əlavə etməklə növbəti texniki baxışın son günü müəyyən olunur. Məsələn, ötən il 25 apreldə texniki baxışdan keçirilmiş avtomobil bu il 15 maydan gec olmayaraq texniki baxışdan keçirilməlidir”.

Mövzu ilə bağlı Avtosfer.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücü əvvəlki texniki baxış tarixini unudubsa, bunu tapmağın müəyyən yolları var:

“İlk növbədə asanpay.az portalında qeydiyyatdan keçərək, öz elektron kabinetinizdə xüsusi “texniki baxış” pəncərəsinə baxmaqla bunu müəyyən edə bilərsiniz. Əgər kabinetiniz yoxdursa, o zaman AsanPay-da qeydiyyatı olan digər bir şəxsdən kömək istəyə bilərsiniz. Həmin şəxs kabinetində “Xüsusi” bölməyə daxil olmaqla, sizin nəqliyyat vasitənizin məlumatlarını daxil etməklə asanlıqla texniki baxış tarixini müəyyən edə bilər.”

O vurğulayıb ki, texniki baxış vaxtının müəyyən olunmasında sürücülər özləri maraqlı olmalıdır, çünki əks təqdirdə hər 20 gündən bir 50 manat məbləğində cərimə olunacaqlar:

“Hələ də “köhnə qaydalarda” qalan sürücülər bundan “xəbərsiz olduqlarını” iddia etməsinlər. Çünki ən azından avtomobil sürən zaman radioya qulaq asır, yaxud evdə televizora baxırlar. Bu məlumatın diqqətdən yayınması halı qeyri-mümkündür”.

Tarix
2019.04.17 / 16:06
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Katolikosun Qarabağ açıqlaması müharibə çağırışıdır

“Kənddən şəhərə” yarmarkasında qiymətlər... - Video

Rus ordusunda döyüşən İbad Hüseynov öldü - Foto

İran müharibəsi bu iki düşməni barışdırdı

“Krokus”da terror törətmiş 4 nəfərə ömürlük həbs verildi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Türkiyədə Azərbaycanla bağlı tənqidlərin səbəbi - General

Ermənistanla sülhdən sonra bunun üzərində ürəkdən çalışırıq

İran XİN Müctəba Xameneinin yaralandığını təsdiqlədi - Təcili

Azərbaycan vasitəsilə daşınan yüklərə olan tələbat artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla