Yuxarı

BMV 360 min avtomobili geri çağırır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMV 360 min avtomobili geri çağırır

Almaniyanın avtomobil istehsalçısı BMV Çin bazarında satdığı 360 min avtomobili hava təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.

Azərtac xəbər verir ki, bu barədə Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb. Bildirilir ki, avqustdan etibarən BMV-nin Çindəki müştərək müəssisəsi olan "BMV Brilliance Automotive Ltd"nin 2014-2017-cı illərdə buraxdığı 271 min 880 avtomobil, habelə 2000-2018-ci illərdə xaricdə istehsal edilərək Çinə gətirilmiş 87 min 120 avtomobil geri çağırılacaq.

Administrasiyanın məlumatında deyilir ki, qüsurlu hava təhlükəsizlik yastıqları Yaponiyanın "Takata" şirkətinin istehsalıdır. Həmin hava təhlükəsizlik yastıqları qəza olmayan normal şəraitdə partlaya və üzərindəki metal hissələri bütün salona yaya bilər. Bu, sərnişinlərin və sürücünün ağır xəsarət alması, hətta ölümü ilə nəticələnir.

BMV yastıqları öz hesabına dəyişəcək.

Tarix
2019.04.21 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla