Yuxarı

Azərbaycan "Pejo"ları bu ölkələrə göndəriləcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan "Pejo"ları bu ölkələrə göndəriləcək

"Azərmaş" ASC-nin Neftçala Sənaye Məhəlləsindəki avtomobil zavodunda "Khazar" adı altında istehsal olunan “Pejo” markalı avtomobillər artıq bir sıra dövlət və özəl qurumlara təhvil verilib.

Axar.az xəbər verir ki, bunu Trend-ə “Azərmaş” şirkətinin mətbuat xidmətinin rəhbəri Günay Namidar deyib.

Onun sözlərinə görə, hazırda ASC-də "Pejo"nun bir markası istehsal olunur:

"Zavod mart ayından seriya istehsalata start verib. Öncədən sifariş olunan "Pejo 407" markalı avtomobillər bir çox dövlət və özəl qurumlara təhvil verilib. Həmin avtomobillərin qiyməti isə 17,5 - 19,5 min manat arası dəyişir".

G.Namidar bildirib ki, istehsal olunan "Pejo"lar ilkin mərhələdə yerli bazara ixrac olunur:

"Hazırda istehsal olunan avtomobillər yerli bazar üçün nəzərdə tutulub. Müəyyən vaxtdan və xaricdə satışı üçün lisenziya əldə edildikdən sonra həmin avtomobillər MDB ölkələrinə də ixrac olunacaq. İlkin olaraq isə Azərbaycan "Pejo"ları Ukrayna bazarına göndəriləcək".

Qeyd edək ki, “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin və “İran Khodro” şirkətinin birgə yaratdığı “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsində ən iri müəssisədir. 2018-ci il martın 29-da açılan zavodun səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsusdur. Ümumi dəyəri 15 milyon dollar olan zavodun tikintisinə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək göstərilib, müxtəlif vergi güzəştləri tətbiq edilib.

Tarix
2019.04.25 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla