Yuxarı

Ölkəyə gətirilən köhnə maşınların fəsadları

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəyə gətirilən köhnə maşınların fəsadları

Ölkədə atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizdən çoxu avtonəqliyyatın payına düşür. Havanı çirkləndirən isə xüsusilə köhnə avtomobillərdir.

Axar.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Yeni Müsavat”a müsahibəsində atmosferi çirkləndirən faktorlar barədə danışarkən deyib.

R.Səttarzadə bildirib ki, köhnə, işlənmiş avtomobillərin sayının artması ölkə ərazisində, xüsusilə Bakı şəhərində atmosfer havasının çirklənməsində əsas faktorlardan biridir:

“Təəssüf ki, ölkəyə idxal olunan işlənmiş avtomobillərin böyük bir hissəsi uzun müddət istismar olunmuş köhnə maşınlardır. Hazırda ölkə minik avtomobili parkında yaşı 10 ildən yuxarı avtomobillərin payı 77%-dir. Avtoparkın 20%-nin yaşı isə 30 ildən yuxarıdır. Yaşı 2-dən az olan yeni avtomobillərin payı cəmi 1% təşkil edir. İldən-ilə bu kimi avtomobillərin ölkəyə gətirilməsi artır. 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb ki, bu da əsasən köhnə avtomobillərin hesabına baş verib.

Bu avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı normadan artıq olur ki, bu da ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərir”.

Problemin aradan qaldırılması yollarından danışan R.Səttarov bildirib ki, istismar müddəti keçmiş nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və istifadəsinin azaldılması üçün çalışırlar:

“Ekoloji təmiz yanacaq növləri ilə işləyən avtomobillərdən istifadənin təşviq edilməsi, xüsusilə dizel mühərrikli avtomobillərin ölkəyə idxalı zamanı istismar müddətinə görə məhdudlaşdırıcı tədbirlərin görülməsi zəruridir.

Biz aidiyyəti qurumlarla birgə qeyd olunan məsələlərin həllinə çalışırıq”.

Tarix
2019.05.16 / 11:52
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla