Yuxarı

Sürücülük vəsiqəsi almağın ən asan yolu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soydaşlarımız asan yolla sürücülük vəsiqəsi əldə etmək üçün Gürcüstana üz tuturlar.

Azərbaycanlılar Gürcüstanda sürücülük vəsiqəsi almağın yeni yolunu tapıblar. Bu barədə Gürcüstanda yaşayan soydaşlarımız Avtosfer.az saytına məlumat veriblər. Bildirilir ki, yeni yol işarələrnin adlarını və nə olduğunu bilməyənlər sualın 4 cavabı üzrə qısa müddətdə hazırlıq keçib vəsiqəni əldə edə bilirlər. Bunun üçün isə xüsusi müəllimlər var və onlar sürücülük vəsiqəsi almaq istəyənləri bir neçə gün ərzində hazırlaşdırıb imtahana göndərir. Yəni, vəsiqə saxta yolla alınmır. Sadəcə, çox asan üsulla vəsiqə əldə etmək mümkündür.
Maraqlısı budur ki, müəllimlər vəsiqə almaq istəyənləri hazırlaşdırarkən meyvə-tərəvəz adlarından istifadə etməklə sualın şifrəli cavabını öyrədir: "Sualların 4 cavab variantı olur. Onların düzgün olan variantını baş hərflərə uyğun, meyvə-tərəvəz adlarındaan isdifadə etməklə uşaqlara öyrədirlər. Onlar da bir həftəyə sürücülük vəsiqəsi alıb Azərbaycana maşın sürməyə gedirlər".

Soydaşlarımız bildirirlər ki, müəllimlərin hazırlıq kursu təxminən 4 gün çəkir. Bütün proses şifrəli sual-cavab sistemi ilə həyata keçirilir: "Son vaxtlar Azərbaycandan Gürcüstana axın başlayıb. Hamı sürücülük vəsiqəsi almağa gəlir. Çünki Gürcüstanda alınan vəsiqələri bütün dünya qəbul edir".

Tarix
2014.12.16 / 15:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla