Yuxarı

Hansı maşınları daha tez oğurlamaq olar? - Siyahı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı maşınları daha tez oğurlamaq olar? - Siyahı

Avtomobil istehsalında təhlükəsizlik sistemi ildən-ilə təkmilləşdirilir, bununla da avtomobil oğrularının qarşısında daha çətin "vəzifə” qoyulur. Bunu sübut və təkzib etməkdən ötrü "What Car” nəşrinin ekspertləri Böyük Britaniya bazarının yeddi ən populyar avtomobilini seçərək onların qapısını açmağa cəhd ediblər.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, eksperimentdə "Land Rover Discovery”, "Land Rover Discovery Sport”, "Audi TT RS”, "Ford Fiesta”, "Mersedes Benz A-class”, "BMW X3” və "DS3 Crossback” avtomobillərindən istifadə olunub. Bu modellərdən hər biri açarsız daxilolma sisteminə malikdir. Ekspertlər daha çox "BMV X3” və "Ford Fiesta” modelləri ilə əlləşiblər. Bu avtomobillərin qapısını açmaqdan ötrü onlar hər modelə 40 saniyə vaxt sərf ediblər. Onlara "hadisə yerini” tərk etməkdən ötrü daha 20 saniyə tələb olunub.

"Mersedes Benz A-class” markasına 30 saniyə, "Land Rover Discovery”yə cəmi 20 saniyə sərf olunub, lakin bu avtomobili sürmək mümkün olmayıb.

"Land Rover Discovery”nin idman versiyasının müdafiədə daha zəif olması məlum olub və avtomobil qısa 10 saniyə ərzində öz mövqeyini əldən verib.

Açarsız daxilolma sisteminin aktiv olduğu şəraitdə 10 saniyə ərzində "Audi TT RS” modelini qaçırmaq mümkündür. Eksperimentdə iştirak edən avtomobillər arasında ən "zəifi” isə "DS3 Crossback” modeli olub, onun öhdəsindən cəmi 5 saniyəyə gəliblər.

Nəticə budur: rahatlığı əhəmiyyətli dərəcədə yüksəldən açarsız daxilolma şübhəsiz ki, sizin avtomobilinizin təhlükəsizliyində zəif bənddir.

Tarix
2019.08.10 / 00:28
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla