Yuxarı

Komitə VAZ-ları satışa çıxardı: 2 min manata

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitə VAZ-ları satışa çıxardı: 2 min manata

Dövlət Statistika Komitəsi işlətmədiyi VAZ markalı avtomobilləri satışa çıxarıb.

Axar.az xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi 8 oktyabr tarixində açıq hərrac təşkil edəcək. Hərraca ümumilikdə 6 avtomobil təqdim edilib. Onlardan dördünü DSK-nin fərqli rayon idarələri, digər iki avtomobildən birini Şirvan Apellyasiya Məhkəməsi, digərini isə Dövlət Sığorta Kommersiya Şirkəti çıxarıb.

DSK hərraca 4 ədəd 2006-2007-ci il istehsalı olan VAZ-21043 markalı avtomobil təqdim edib. Vəziyyətindən asılı olaraq avtomobillərin qiyməti 2300-4000 manat arasındadır.

Hərracın ən yüksək qiymətə avtomobili Şirvan Apellyasiya Məhkəməsi təqdim edib. Məhkəmənin özəlləşdirməyə təqdim etdiyi 2007-ci il istehsalı olan “Toyota Avalon”un ilkin satış qiyməti 10.000 manatdır.

Dövlət Sığorta Kommersiya Şirkətinin hərraca çıxardığı VAZ-21074 avtomobili üçün isə ilkin satış qiyməti 2000 manat müəyyən edilib.

Tarix
2019.09.09 / 10:03
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla