Yuxarı

Bu qurumlar maşınlarını satır - Qiymətlər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qurumlar maşınlarını satır - Qiymətlər

Bir neçə dövlət qurumu balansında olan istifadəsiz qalmış avtomobilləri satışa çıxarıb.

Axar.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 15 oktyabr tarixində keçirəcəyi hərraca ümumilikdə 14 avtomobil təqdim edilib.

Onlardan 7-ni Dövlət Gömrük Komitəsi, 3-nü isə Ədliyyə Nazirliyi təqdim edib. Dövlət Statistika Komitəsi, Mərkəzi Seçki Komissiyası, Əmlak Məsələləri Dövlət Komitəsi və Xaçmaz Rayon İcra Hakimiyyəti isə hərəsi hərraca bir avtomobil çıxarıb.

Hərraca ən yüksək qiymətə avtomobili Mərkəzi Seçki Komissiyası çıxarıb. MSK-nın təqdim etdiyi “İsuzu NHR55E” markalı yük avtomobili üçün 12 000 manat ilkin satış qiyməti müəyyən edilib.

Hərraca ən ucuz qiymətə avtomobili isə Dövlət Gömrük Komitəsinin Avtomobil Nəqliyyatı İdarəsi təqdim edib. “Peugeot 406 ST” markalı avtomobil üçün müəyyən edilən qiymət cəmi 1 875 manat olub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin hərraca təqdim etdiyi avtomobil qəzalı vəziyyətdə olsa da, qiyməti kifayət qədərdir. Belə ki, icranın təqdim etdiyi “Mersedes Benz S320” markalı avtomobil üçün müəyyən edilən ilkin satış qiyməti 5000 manatdan başlayır.

Tarix
2019.09.14 / 13:27
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla