Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
8 Dekabr 2019


Rüsum artırıldı: Bu maşınlar sıradan çıxarılır?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırıldı.

Belə ki, 1 yanvar 2020-ci ildən etibarən texniki baxış üçün ödənilən dövlət rüsumu 30 manat olacaq. Bir çoxlarını narahat edən isə qiymətin qalxması deyil, texniki cəhətdən nasaz olan avtomobillərin də asanlıqla texniki baxışdan keçə bilməsidir.

Mövzunu Axar.az-a şərh edən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, rüsumun qaldırılması səbəbsiz deyil və buna ehtiyac var idi:

“Texniki baxış rüsumunun artırılması ilə bağlı təklif Milli Məclisə Prezident Administrasiyası tərəfindən göndərilmişdi. Rüsumun artırılması texniki baxışla bağlı maddi texniki bazanın yenilənməsi, əməkdaşların əmək haqlarının normal həddə çatdırılması, eləcə də yeni texniki baxış məntəqələrinin yaradılması ilə əsaslandırılır.

Əvvəllər texniki baxış mərkəzi məlumat sisteminə informasiya ötürmək və ya elektron qaydada texniki baxış talonu tərtib etmək, sürücüyə elektron qaydada məlumat vermək və s. yox idi. Ancaq son 1 il ərzində texniki baxışla bağlı qanunvericilik təkmilləşdirilib.

İndi vətəndaş növbə gözləməyəcək, əvvəldən özü üçün növbə götürə biləcək, mərkəzi bazaya zəng edərək istədiyi sualı verə biləcək”.

E.Muradlı bildirib ki, növbəti ildən nasaz avtomobillər texniki baxış talonu ala bilməyəcək:

“Düzdür, bu günə qədər heç baxışdan keçmədən bir qədər yüksək pul ödəməklə texniki baxış talonu almaq mümkün idi. Ancaq son bir aydır ki, bu artıq mümkün deyil. Növbəti ildən bu cür hallar ümumiyyətlə mümkün olmayacaq. Yəni bu dəfə sınıq-salxaq maşınlar belə texniki baxışdan keçə bildilər. Lakin onlara xəbərdarlıq edildi ki, maşında olan bu kimi problemlər növbəti texniki baxışa qədər aradan qaldırılmasa, texniki baxış talonu verilməyəcək”.

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, texniki baxışla bağlı müəyyən məqamlar var ki, onlar da dəyişdirilməlidir. Onun fikrincə, bu işi təkcə dövlət deyil, şirkətlər də etsə, yaxşı olar:

“Gürcüstanda 89 şirkət dövlətdən texniki baxış keçirmək üçün lisenziya alıb, sürücü bu obyektlərin istənilən birinə gedib doğrudan da texniki baxışdan keçir, özü də bu proses zamanı ödəniş nəğd qəbul edilmir, ancaq xüsusi hesaba pul keçirməklə (küçələrdə olan istənilən aparatdan) texniki baxışdan keçir, növbələr olmur, maşında texniki nasazlıq olanda mütləq aradan qaldırılması tələb edilir”.

Həmçinin N.Cəfərli bildirib ki, texniki baxış qəzaların azaldılması üçün profilaktik addımdır və bunu DİN yox, dövlətdən müvafiq lisenziya alan biznes qurumları həyata keçirməlidir.

Tarix
2019.10.01 / 15:35
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Şumaxerin “Ferrari”si 6,6 milyona satıldı - Foto

Ən çox qaçırılan avtomobillər - Siyahı

Xaricdən maşın gətirənlərin nəzərinə!

Sürücülərin nəzərinə: Plyonkaya görə cərimə...

Mask yeni avtomobilini təqdim etdi - Foto

Dünyanın ən sürətli traktoru hazırlandı - Video

Sürücülərə şad xəbər: Etibarnamə almaq asanlaşdı

Avtomobillərə “plyonka” qadağası bu gün götürülür

Medvedyev Slovakiya ilə oyunu buraxacaq

Sürücülərə şad xəbər: Jalüz və plyonkaya görə cərimə...

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla