Yuxarı

Sürücülərə şad xəbər: Jalüz və plyonkaya görə cərimə...

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər: Jalüz və plyonkaya görə cərimə...

Nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

"Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyəti qurumlara, aidiyyati orqanlarda baxılma ərəfəsindədir. Bu, nəzərə alınıb və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür", - deyə R.Quliyev əlavə edib.

Qeyd edək ki, ötən gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun plyonka və jalüzlü (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verdiyi haqda məlumat yayılmışdı.

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Tarix
2019.11.16 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Qafarova ilə İstanbulda görüşə bilər

Bakı narahat oldu, etiraz etdi: haqlıdır - Rus politoloq

Prezident Britaniyanın ticarət elçisini qəbul etdi

63 yaşlı nazirin 30 yaşlı xanımı Bakıda - Foto

Prezident Ksaba Leykonu qəbul etdi

Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı - Video

Putinin fərmanı: Mehdiyevləri “təxliyə” edə bilər?

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla