Yuxarı

Almaniya bu ölkəni geridə qoydu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniya bu ölkəni geridə qoydu

Elektrik avtomobillərin Avropada satışına görə Almaniya uzun illər lider olan Norveçi arxada qoyaraq, birinci pilləyə yüksəlib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Blumberq” yayıb.

Belə ki, 2019-cu ilin noyabrı üçün Almaniyada 57.533, Norveçdə isə 56.893 yeni elektrokar qeydə alınıb.

Qeyd edək ki, 2010-cu ildə ilk kütləvi elektrik avtomobili olan “Nissan Leaf”in istehsalından sonra elektromobillərin satışına görə Avropada Norveç liderlik edirdi.

Lakin alman avtonəhəngləri “Volksvagen”, BMV və “Daymler”in elektromobil seqmentinə doğru istiqamətlənməsi və alman hakimiyyətinin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrini təbliğ etməsi nəticəsində lider mövqeyində dəyişiklik baş verdi.

Almaniya kansleri Angela Merkel 2030-cu il üçün yollarda 10 milyon elektromobilin və 20 milyon enerji doldurma stansiyasının olacağını, 2035-ci ilə qədər elektrokar infrastrukturuna 3,5 milyard avro yatırım ediləcəyni bildirib.

Tarix
2019.12.10 / 16:01
Müəllif
Vüsal Cəfərov
Digər xəbərlər

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla