Yuxarı

Azərbaycan KamAZ istehsal edəcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) və KamAZ ("Kama Avtomobil Zavodu") ASC Azərbaycanda KamAZ avtomobillərinin yığılması və üçüncü ölkəyə satışı üzrə rəsmi distribütor sazişi imzalayıblar.

Trend-in məlumatına görə, Azərbaycanda ilk KamAZ avtomobilinin yığılması 2015-ci il fevralın sonu-martın əvvəlinə təsadüf edəcək. Respublikada bu avtomobillərin tam yığılması prosesi aparılacaq.

İstehsal prosesinin başlanmasına hazırlıq çərçivəsində KamAZ ASC-nin baş direktoru Sergey Koqoginin başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib. Səfər zamanı Gəncə avtomobil zavodunda hazırlığın yüksək səviyyəsi, sənaye gücü, potensial və təcrübəsi, bazarın geniş imkanları, demək olar ki, ölkənin bütün regionlarında mövcud olan zavodun xidmət mərkəzlərinin hazırlıq səviyyəsi qeyd edilib.

Bundan əlavə, səfər zamanı "Gəncə Avtomobil Zavodu" İB-nin Müşahidə Şurasının rəhbəri Xanlar Fətiyev və İB-nin direktoru Kamran Nəzərov qonaqları müəssisədə istehsal prosesinin təşkili ilə tanış ediblər.

Səfər çərçivəsində KamAZ ASC-nin baş direktorunun Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşü olub. Görüşdə tərəflərin KamAZ avtomobillərinin istehsalı və onların üçüncü ölkəyə ixracı sahəsində tərəflərin əməkdaşlığının perspektivləri və imkanları qeyd edilib və yüksək qiymətləndirilib.

Tarix
2015.02.09 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla