Yuxarı

Türkiyənin ilk yerli avtomobili saxtadır? - Şok açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin ilk yerli avtomobili saxtadır? - Şok açıqlama

Yerli avtomobil istehsal etdiklərini dedilər, biz də “yerli” deyirik, amma dizaynını italyanlara hazırlatdırdılar.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin ilk yerli istehsalı olan avtomobil haqda Səadət Partiyasının sədri Təməl Qaramollaoğlu deyib.

Müxalifətdə olan partiyanın başçısı yeni avtomobili bəyənmədiyini bildirib:

“Bizim istehsaldan danışarkən, hazırlanan avtomobilin yüz faiz yerli olması həmişə bizim idealımız olub. Belə bir addımı ata bilən hakimiyyətə də dəstək verə bilərik. Amma üç il əvvəl də belə birini dizayn etmişdilər. Nazir də çıxıb təqdim etdi. Bəs sonra nə oldu? Tarixə qovuşdu”.

İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu isə Qaramollaoğludan fərqli olaraq, yeni avtomobili bəyəndiyini, layihəni dəstəklədiyini qeyd edib:

“Ümid edirəm ki, nəhayət, bizim də bir yerli avtomobilmiz olacaq. Bu, bir başlanğıcdır. İstehsal davam etsə, İstanbul bələdiyyəsi öz avtomobillərimizi alacaq”.

Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalıdan da layihəyə dəstək gəlib: “Qürur duydum. Mühəndislərimizi, fəhlələrimizi, iş adamlarımızı və hökumətimizi təbrik edirəm”.

Tarix
2019.12.29 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla