Yuxarı

Pilotsuz maşınlar ictimai nəqliyyata çevrilir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pilotsuz maşınlar ictimai nəqliyyata çevrilir

Böyük Britaniyada ictimai nəqliyyat sahəsində "Google" və Rusiyanın "KamAZ"ından geri qalmamağa çalışırlar. Bu günlərdə Qrinviçdə ictimai nəqliyyatın yeni növünün layihəsi təqdim edilib. Bu, piyada əraziləri üçün pilotsuz avtomobilləridir.

AzərTAc vesti.ru saytına istinadən xəbər verir ki, "Lutz Pathfinder" adlı maşını Koventri şəhərində yerləşən "КВЬ Group" hazırlayıb və özü də istehsal edəcək. "Autodrive" layihəsi çərçivəsində artıq bu il 40 pilotsuz maşın Milton-Kins şəhərinin piyada zonalarında hərəkət edəcək.

Güman edilir ki, "Lutz Pathfinder" yerli ticarət mərkəzinə gələnləri, əlilləri daşıyacaq, ya da sakinləri dəmiryolu vağzalınadək aparacaq. Belə maşınları smartfon əlavəsinin köməyilə çağırmaq olar.

İki adamlıq maşında baqaj yeri də var. Onu kompyuter idarə edir. Burada kamera, radar və lazer məsafəölçən də daxil olmaqla 22 sensor var. Batareyanın enerji ehtiyatı 65 kilometrə və ya 8 saata çatır. Elektromobilin sürəti saatda 24 kilometrədəkdir.

Tarix
2015.02.12 / 22:40
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla