Yuxarı

Sürücülük vəsiqələri ilə bağlı - Şok yenilik

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülük vəsiqələri ilə bağlı -

Nəzəri imtahandan keçdikdən sonra meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yeniliklərdən danışarkən məlumat verib.

O, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsində təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradıldığını bildirib:

“Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Meydançada əyani imtahan verən şəxslərin bilik və bacarıqlarını bundan sonra imtahan götürən müəllimlər deyil, xüsusi texniki vasitələr qiymətləndirəcək.

Meydançada quraşdırılan xüsusi detektor əyani imtahan verən şəxsin bilik və bacarığını avtomatik yoxlayacaq və qiymət verəcək. Yəni imtahanlar müasir texniki vasitələrin köməyilə qəbul olunur. Artıq təcrübi imtahanlar şöbənin əməkdaşları tərəfindən deyil, xüsusi texniki vasitələrin köməyi ilə qiymətləndiriləcək.

Bu prosesi və detektorun qiymətini imtahan verən sürücülüyə namizəd özü də xüsusi quraşdırılmış monitor vasitəsilə görəcək. Digər bir yenilik isə ondan ibarətdir ki, orada yaradılan şəraitə uyğun olaraq, eyni vaxtda bir neçə avtomobillə təcrübi imtahan vermək mümkündür. Yəni, eyni anda həm yük maşını, həm minik avtomobili, həm avtobus, həm də motosikletlə imtahan vermək mümkündür”.

Tarix
2020.02.12 / 11:14
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla