Yuxarı

Bakı Formula-1-i təxirə sala bilər? – Rəsmi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Formula-1-i təxirə sala bilər? – Rəsmi

12:10

Formula 1 Azərbaycan Qran-Prisinin təxirə salınması nəzərdə tutulmur.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən bildirilib. Əməliyyat Komitəsindən qeyd edilib ki, hələlik Formula 1 Azərbaycan Qran-Prisinin təxirə salınması müzakirə olunmur:

“Qran-Pri Bakıda 5-7 iyun tarixlərində keçiriləcək. Əgər təxirə salınma ilə bağlı hər hansı qərar olarsa, əlavə açıqlama yayılacaq”.

Xatırladaq ki, martın 13-15-də keçirilməsi planlaşdırılan Formula 1 Avstraliya Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb. Bir müddət əvvəl də Formula 1 Çin Qran-Prisi təxirə salınmışdı.

Həmçnin Bəhreyndəki yürüşlər azarkeşsiz keçiriləcək.

Vyetnam Qran-Prisinin təşkili isə sual altındadır.

***

Gənclər və İdman Nazirliyi koronavirusla bağlı vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə tabeliyində olan Olimpiya İdman Komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə Axar.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo idman növü üzrə Böyük Dəbilqə turniri, karate idman növü üzrə böyüklər arasında Avropa Çempionatı və Formula 1 Azərbaycan Qran-prisinin təxirə salınması ilə bağlı müzakirələr aparılır.

Qeyd edək ki, respublika çempionatları və ölkə birinciliklərinin keçirilməsi də təxirə salınıb.

Tarix
2020.03.13 / 19:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla