Yuxarı

Bakıda postlarda “başdansovdu” yoxlama aparılır?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda postlarda “başdansovdu” yoxlama aparılır?

Sürücülərdə elə fikir yaranıb ki, heç də hər avtomobili qurulmuş postlarda saxlamırlar. Bu da bir çox sürücüdə arxayınlıq yaradır və nəticədə də karantin qaydaları pozulur.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı karantin qaydalarının pozulma səbəbləri haqda danışarkən deyib. E.Muradlı bildirib ki, əksər sürücülər postlarda yaranan sıxlıqdan istifadə edir:

“Postlardan hansısa maşının nəzarətsiz keçməsi çox az hallarda müşahidə edilir. Ancaq sürücülər bu nadir hallardan sui-istifadə edir. Hesab edirəm ki, postların sayını bir qədər azaltmaq və postlara paylanmış polisləri bir neçə postda birləşdirmək daha yaxşı olardı. Postlar artdıqca, əməkdaş sayı azalır. Çünki polisin başqa fəaliyyəti də var”.

Ekspert bildirib ki, hər prospektdə bir post saxlamaq kifayət edir:

“Bir prospektdə 5 yerdə post qurub prospektlə hərəkət edən avtomobilləri 5 dəfə saxlayıb sənəd yoxlamaq vaxt itkisidir. Ondansa hər prospektin girişində və çıxışında post qurmaq daha məqsədəuyğundur. Bu gün işbazlar var ki, adı olub, özü olmayan saytlar üçün saxta press vəsiqələr hazırlayır. Polis təbii ki, postda saxlayıb yoxlayır. O press kartın, göstərilən icazə kağızının saxta olub-olmadığını müəyyən etmək isə vaxt alır. Bu zaman da bir necə sürücü keçib gedə bilir. Ona görə belə yanlış fikir yaranır ki, postlarda yoxlama başdansovdu aparılır”.

Tarix
2020.04.17 / 13:25
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

Trampın Ukrayna uğursuzluğunun səbəbi - Səfir açıqladı

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla