Yuxarı

YPX maşınının üstündə pivə içən gənc həbs edildi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
YPX maşınının üstündə pivə içən gənc həbs edildi - Foto

14:27

Sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin gecə saatlarında baqaj hissəsinin üstündə oturaraq, pivə içən, şəkil çəkdirən və yayan gənc müzakirə mövzusu olub.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, bəziləri hətta olun yol polisi olduğunu iddia ediblər.

Həmin gəncin 99 SE 620 dövlət nömrə nişanlı, "KİA Optima" markalı avtomobilin sürücüsü olduğu bildirilir.

***

Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsi sosial şəbəkələrdə müxtəlif yerlərdə yol polisinə məxsus xidməti avtomobillərin arxa kapotunun üstündə oturaraq, pivə içən şəxslə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, hadisə ilə bağlı araşdırmalar aparılıb.

Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Nicat Mustafayevdir. Həmin şəxs müəyyən edildikdən sonra saxlanılıb və Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə təhvil verilib.

V.Əsədov qeyd edib ki, N.Mustafayev barəsində qanunvericiliyə uyğun olaraq təsirli tədbirlər görüləcək.

***

Sosial şəbəkələrdə yol polisinin xidməti avtomobillərin üzərinə çıxan şəxslə bağlı məhkəmənin hökmü ilə inzibati tənbeh tədbiri tətbiq edilib.

Məhkəminin qərarı ilə ona İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 15 gün həbs cəzası verilib.

Tarix
2020.04.17 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla