Yuxarı

Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır

Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa təklif olunan dəyişikliklərdə taksi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin vergi və sosial öhdəliklərinin əhəmiyyətli dərəcədə azaldılması təklif olunur.

Axar.az xəbər verir ki, iqtisadçı ekspert Qalib Toğrulun fikrincə, bununla taksi xidmətləri ucuzlaşa bilər.

1 apreldən qüvvəyə minən vergi və sosial öhdəlikləri müqayisə edən ekspert şəhərlər üzrə taksi sürücülərinin nə qədər ödəyəcəyini də açıqlayıb:

“Bakı şəhərində və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar hazırda 18 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir ki, bu da ayda cəmi 80.50 manat edir. Bundan sonra isə 9 manat sadələşdirilmiş vergi, 30 manat məcburi sosial sığorta haqqı ödəyəcək. Yəni ayda cəmi 39 manat. Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar isə 13,50 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyirdi. Bundan sonra isə 6,75 manat sadələşdirilmiş vergi, 22,50 manat məcburi sosial sığorta haqqı, yəni ayda cəmi 29,25 manat ödəyəcək. Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında sərnişin daşıyanlar 9 manat sadələşdirilmiş vergi, 62.50 manat məcburi sosial sığorta haqqı ödəyir. Bundan sonra isə 4.5 manat sadələşdirilmiş vergi, 15 manat məcburi sosial sığorta haqqı ödəyəcək”.

Ekspertin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olanlar üçün bir sevindirici xəbər də ondan ibarətdir ki, onlar məcburi dövlət sığorta haqqını daha sadə şəkildə - “Fərqlənmə nişanı” alarkən ödəyəcəklər.

Tarix
2020.04.24 / 15:14
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla