Yuxarı

Bu şəxslər avtomobillərini texniki baxışdan keçirsin

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər avtomobillərini texniki baxışdan keçirsin

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələrində çalışan və avtomobilinin texniki baxış müddəti bitən şəxslər maşınlarını texniki baxışdan keçirə bilərlər.

Axar.az xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında bildirib. O qeyd edib ki, xüsusi karantin rejimi olduğu üçün ümumilikdə avtomobillərin texniki baxışdan keçməsi ilə bağlı tətbiq edilən güzəştdən fəaliyyəti bərpa edilən sahələrdə çalışan sürücülər istifadə etməlidir:

“Bu şəxslər indidən BDYPİ-nin Qeydiyyat İmtahan Şöbələrinə yaxınlaşaraq, avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sərbəst hərəkət üçün icazəsi olan hər bir şəxs avtomobilini indidən texniki baxışdan keçirsə, daha yaxşı olar. Belə olsa, karantin rejimi bitdikdən sonra texniki baxış şöbələrində sıxlıq yaranmaz”.

K.Əliyev həmçinin bildirib ki, sürücülük vəsiqəsinin müddəti bitən, yaxud da bitmək üzrə olan şəxslər ASAN Xidmət sahələrinə müraciət etməklə sürücülük vəsiqəsini dəyişə bilərlər.

Tarix
2020.04.29 / 10:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla