Yuxarı

Nazir oğlu Formula-1-lə bağlı ən ideal variantı açıqladı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir oğlu Formula-1-lə bağlı ən ideal variantı açıqladı

Biz Azərbaycan hökuməti, "Formula 1" şirkəti və səhmdarlarla sıx təmasdayıq. Yarışımızın ilin sonlarında baş tutmasını istəyirik. Amma aydın məsələdir ki, istəyimiz koronavirus pandemiyası ilə bağlı vəziyyət aydınlaşmayanadək gerçəkləşməyəcək.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib. Azərbaycan Qran-prisinin promouteri bildirib ki, Bakı mərhələsinin oktyabrın ortalarından sonraya təxirə salınmaması ilə bağlı "Formula 1" rəhbərliyi ilə razılıq əldə olunub.

O, azarkeşlərin qayğısına qalaraq, onların təcrübələrini dəyərləndirdiklərini vurğulayıb: "Bu səbəbdən, istəyirik ki, tamaşaçılar Bakıdakı yarış həftəsonunun gözəl ab-havasından zövq ala bilsinlər".

Rəhimov fikirlərini infrastrukturun böyük hissəsinin yayda qurulması ilə əlaqələndirib. Küçələrdəki hərəkətin çətinlikləri artırdığını xatırladan icraçı direktor məktəblərin açılacağı 15 sentyabradək Qran-prinin təşkilini ideal variant adlandırıb.

Hazırda Avstriya və Böyük Britaniyada hərəyə iki mərhələnin keçirilmə variantı da planlaşdırılır. Lakin Azərbaycan Qran-prisinin promouteri Bakıda belə üsulun tətbiqinə müsbət yanaşmayıb: "Bu, sakinlərimizə böyük narahatlıq gətirəcək. Çünki tras düz şəhərin mərkəzindədir".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.

Tarix
2020.05.03 / 15:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla