Yuxarı

Maska taxmayan sürücülər də cərimələnir? - Açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maska taxmayan sürücülər də cərimələnir? - Açıqlama

Sosial şəbəkələrdə maska istifadə etməyən sürücünün 50 manat dəyərində cərimə olunduğunu əks etdirən fotolar yayılıb. Şəxsi avtomobilində hərəkət zamanı radar şəxsin şəklini çəkərək, cəriməni sürücünün telefon nömrəsinə yollayıb.

Maraqlıdır, sürücülərin şəxsi avtomobillərini idarə edərkən maska taxmaları nə qədər önəmlidir? Maska istifadə etməyən sürücülər cərimələnə bilərmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə maska istifadəsinin tövsiyə edidiyini və bunun əksi ilə bağlı hər hansı cərimənin tətbiq olunmadığını bildirib:

“Mövcud qanunvericiliyə görə yalnız sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində tibbi maskaların taxılmaması inzibati məsulliyyət yaradır. Şəxsi avtomobildə də bir neçə ailə üzvü gedirsə, onlar da maska taxa bilər. Amma tövsiyə olunur ki, avtomobildə kənar şəxslər varsa, sürücülər də, sərnişinlər də tibbi maskada olsunlar. Amma buna görə hər hansı cərimə tətbiq olunmur”.

Qeyd edək ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Tarix
2020.06.30 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla