Yuxarı

Sürücülər buna görə cərimələnməyəcək - Rəsmi

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülər buna görə cərimələnməyəcək - Rəsmi

Azərbaycanın bir sıra iri şəhər və rayonlarında tətbiq olunan sərtləşdirilmiş karantin rejiminin müddəti uzadıldığı üçün nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi və sürücülük vəsiqələrinin etibarlılıq müddətinin uzadılması yenidən gündəmə gəlib.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bunun fərdi qaydada araşdırılacağını bildirib:

"Kiminsə sürücülük vəsiqəsini dəyişməsi üçün onun gedəcəyi ASAN Xidmət sərtləşdirilmiş karantin rejimi tətbiq olunmuş ərazidə yerləşirsə və faktiki olaraq vəsiqəni dəyişmək imkanı yoxdursa, həmin şəxsin sürücülük hüququnun bitmə vaxtı nəzərə alınacaq".

O, həmçinin sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda yaşayan vətəndaşların texniki baxışdan keçməməyə görə cərimələnməyəcəklərini qeyd edib:

"Əgər polis əməkdaşı həmin şəxsin hansısa əraziyə gedib texniki baxışdan keçmək imkanı olduğunu aşkar edərsə, bu halda qanuna uyğun qaydada onu cərimələyə bilər. Çünki elə yer var ki, orada sərtləşdirilmiş karantin rejimi yoxdur. Lakin texniki baxışla bağlı elektron şəkildə cərimələr tətbiq olunmur".

Tarix
2020.07.06 / 13:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla