Yuxarı

Ölkəmizdə varlıların ən çox pul xərclədiyi lüks maşınlar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmizdə varlıların ən çox pul xərclədiyi lüks maşınlar

Azərbaycanda 2020-ci ilin birinci yarısında premium avtomobil markaları üzrə satışların həcmi məlum olub.

Axar.az Mediapost.az-a istinadən xəbər verir ki, 6 marka - "Audi", BMV, "Mersedes", "Leksus", Lənd Rover və "Porşe" üzrə ümumi satışların həcmi 665 ədəd təşkil edib.

Ən çox satılan bahalı avtomobil "Mersedes" olub

"Mersedes" 38,95% bazar payı və ya 259 ədəd satışla bazarın lideri olub. "Leksus" 119 ədəd satışla (17,89% bazar payı) 2-ci, BMV 112 avtomobil (16,84%) sataraq 3-cü olub. Yanvar-iyun aylarında 100 ədəd Lənd Rover, 40 ədəd "Porşe" və 35 "Audi" satılıb.

“Audi”nin satışları 40%, “Leksus” və "Lənd Rover"in satışları isə 30% azalıb

Bununla belə pandemiya küləyi premium avtomobil bazarını da vurub. Xüsusilə də, bu ilin I rübü ilə müqayisədə II rübdə satışların həcmi 16,3% azalıb. 6 markadan 5-nin satışlarında azalma müşahidə edilib. Faizlə ən çox azalma “Audi”də olub - 40%. "Leksus" və "Lənd Rover"in satışları 30%, "Porşe"nin satışları isə 18% azalıb. Rəqəmlə ifadədə ən böyük azalma isə "Mersedes" avtomobilləri üzrə olub. Markanın satışları ikinci rübdə 23 ədəd azalaraq 118 avtomobilə qədər düşüb.

BMV axına qarşı, 33%-lik artım

Maraqlıdır ki, pandemiya BMV avtomobillərinin satışına nəinki təsir edib, hətta bu dövrdə markanın satışları artan xətt üzrə davam edib. Belə ki, şirkət I rübdə 48 avtomobil satıbsa, II rübdə satışların həcmi 64 avtomobilə qədər yüksəlib. Bu isə 33% artım deməkdir.

Tarix
2020.08.04 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla