Yuxarı

Telefon oğrularına bəd xəbər – İlk dəfə

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Telefon oğrularına bəd xəbər – İlk dəfə

ABŞ-ın Kaliforniya ştatında mobil telefon oğurluğunu mənasız məşğuliyyətə çevirəcək qanunun qəbul edilməsi gözlənilir.

Yerli hakimiyyət orqanları yanvarda ştatın ərazisində satılan bütün mobil telefonların xüsusi proqram təminatı (oğurlanan telefonların uzaq məsafədən söndürülməsinə imkan verən proqram) ilə təchiz edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxaracaq.

"Axar.az" Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən bildirir ki, qanun qəbul edilsə, digər ştatların hakimiyyət orqanları da analoji addım ata bilər və nəticədə belə funksiya yerli hakimiyyətlərin təşəbbüsündən asılı olmayaraq, gələcəkdə bütün mobil telefonlar üçün standart ola bilər.
Məhz prokuror ABŞ-ı bürüyən smartfon oğurluğu ilə mübarizənin əsas təşəbbüskarı olub. Məsələn, San-Fransiskoda baş verən küçə cinayətlərinin təxminən yarısı telefon oğurluğu ilə bağlıdır. Smartfonlar tapança və ya soyuq silahla hədə-qorxu gəlməklə sahiblərinin əlindən alınır. C.Qaskon və onun Nyu-Yorkdan olan həmkarı Erik Şneyderman operator və istehsalçıları smartfon oğurluğunu mənasız edəcək texnoloji həll hazırlamağa səsləyib. Buna cavab olaraq, məsələn, "Apple" şirkəti artıq prokurorların çağırışına səs verib və "iOS 7" əməliyyat sistemində smartfonun uzaq məsafədən söndürülməsi funksiyasını tətbiq edib. Oxşar funksiya "Samsung" telefonlarında da yer alıb. Bu problemlə dövlət səviyyəsində məşğul olunsa və müvafiq qanun qəbul edilsə, digər istehsalçılar da eyni addımı atmaq məcburiyyəti ilə üzləşəcək.

Tarix
2013.12.23 / 13:28
Müəllif
Natiq Azəri
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla