Yuxarı

Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda elektriklə işləyən avtobuslar istehsal ediləcək

Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobusların istehsalı başlanacaq.

Axar.az xəbər verir ki, yeni avtobuslar özəlliyi onların günəş və külək enerji ilə hərəkət etməsidir.

Avtobusun istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçiriləcək.

İstehsalın təşkilatçısı olan RD SMART MMC şirkətinin rəhbəri Sabri Candemir Fed.az-a bildirib ki, avtomobilin bütün detalları Azərbaycanda istehsal olunur.

Şirkətin Pirallahı Texnologiyalar Parkında və Badamdarda bir neçə istehsal sahəsi var.

14 nəfərlik tutumu orlan yeni avtobuslar tamamilə elektriklə, günəş və külək enerjisi ilə işləyəcək. Bunun üçün avtobusların damında günəş panelləri və külək enerjisi qurğusu – külək turbini var. Avtobus hərəkət etdikdə bu turbinlər də hərəkət edərək avtobusun işi üçün enerji hasil edəcək. Nəticədə avtobuslar günəş və külək olduqda faktiki olaraq daimi hərəkət edə biləcəklər. Birdəfəlik tam enerji yığmaqla isə 60 kilometr gedə biləcək. Bu da şəhər və rayonların daxili üçün əlverişli göstəricidir.

Avtobusların istehsalı ilə məşğul oldan komanda bütünlüklə azərbaycanlılardan ibarətdir. Qarşıdakı 2-3 həftədə avtobusun testləri başlayacaq. Daha sonra isə onun kütləvi istehsalına start veriləcək.

Yeni avtobus şirkətin bir qədər əvvəl istehsal etdiyi və ilk dəfə İsmayıllıda quraşdırılan ağıllı dayanacaqlar üçün nəzərdə tutulub. İlk avtobus da İsmayıllıdakı iki ağıllı dayanacaq arasında xəttə buraxılacaq.

Sözügedən şirkət indiyədək Azərbaycandakı istehsal sahələrinə 13 milyon manata yaxın yatırım edib.

Tarix
2020.08.13 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla