Yuxarı

Yeni taksilərin hansı üstünlükləri var? - Deputat

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni taksilərin hansı üstünlükləri var? - Deputat

Yeni LEVC TX modelli taksilərin Bakıya gətirilməsini çox yüksək qiymətləndirirəm. Nəzərə alaq ki, bunlar tamamilə fərqli minik avtomobilidir. Fiziki cəhətdən imkanları məhdud olan insanlar rahat şəkildə ondan istifadə edə biləcəklər.

Bunu Axar.az-a Milli Məclisin deputatı Fəzail Ağamalı LEVC TX modelli taksilərin Bakıya gətirilməsi haqda danışarkən deyib. Millət vəkilinin sözlərinə görə, paytaxtda və bölgələrdə taksi parklarının yenilənməsi bu sahənin müasirləşməsində mühüm əhəmiyyət kəsb edir:

“Vaxtilə Bakıda istismar müddəti bitmiş, şəhərin ekologiyasını zəhərləyən avtomobillərdən də taksi kimi istifadə olunurdu. Bunlar artıq ortadan qalxıb. Amma bu hal rayonlar səviyyəsində tamamilə yığışdırılmayıb. Yaxşı olardı ki, Bakı ilə bərabər digər şəhərlərimiz, rayon mərkəzlərimiz bu cür taksilərlə təmin olunsun. Eyni zamanda, bütövlükdə ölkə üzrə taksi xidmətlərinin səviyyəsi yüksəldilsin”.

Millət vəkili bildirib ki, yeni taksilərdən istifadə olunması sürücünün istədiyi qiyməti qoyması imkanlarını da aradan qaldırır:

“Son vaxtlar paytaxtda fəaliyyət göstərən özəl taksi şirkətləri qiymət məsələsində hərc-mərcliyi, anarxiyanı aradan qaldırıb. Doğrudan da burada vahid yanaşma var. Bu da taksidən istifadə edən bütün vətəndaşlarımızı məmnun edir.

Prezident özü yeni LEVC TX modelli taksilərin keyfiyyətini müəyyənləşdirmək üçün onlara baxış keçirdi və razı qaldı. Yeni taksilərin ölkəyə gətirilməsi onu göstərdi ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan həm dövlət, həm də özəl şirkətlər səviyyəsində daha üstün imkanlara malikdir”.

Tarix
2020.08.14 / 12:35
Müəllif
Tural Turan
Digər xəbərlər

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla