Yuxarı

Deputatlarımızın avtomobiləri - Siyahı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatlarımızın avtomobiləri - Siyahı

Milli Məclisdə təmsil olunan deputatların böyük əksəriyyətinin xidməti avtomobili olmasa da, şəxsi maşınları var.

Maraqlıdır, Milli Məclisin deputatları hansı markalı avtomobillərdən istifadə edir?

Axar.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Report-a açıqlamasında şəxsi avtomobilinin olmadığını deyib:

“Ümumiyyətlə, şəxsi avtomobilim olmayıb. Övladımın birinin avtomobili var. Özüm isə Vəhdət Partiyasına məxsus olan 2008-ci il istehsalı BMV markalı avtomobildən istifadə edirəm”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramovun “Toyota Prado” markalı avtomobili var: “Avtomobilimi özüm idarə edirəm. Xüsusi sürücüm yoxdur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev “Hunday Genesis” markalı avtomobilinin olduğunu deyib: “Həmin avtomobildən 8 ildir istifadə edirəm”.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov da şəxsi avtomobilinin olmadığını deyib:

“Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının balansında olan 2013-cü il istehsalı olan "Mersedes E-Klass” markalı xidməti avtomobildən istifadə edirəm”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə deyib ki, “Toyota Avalon” markalı avtomobili var: “Artıq iki ildir ki, bu avtomobildən istifadə edirəm”.

Milli Məclisin deputatları – Fazil Mustafa, Qənirə Paşayevanın “Toyota Prado”, Aqil Abbasın “Hunday Sonata", Erkin Qədirlinin "Toyota Karolla" markalı avtomobili var.

Məlumat üçün isə bildirək ki, Milli Məclisin komitə sədrlərinin xidməti avtomobili "Mersedes E-Klass”dır.

Müşahidələrimiz zamanı məlum olub ki, deputatlar daha çox “Mersedes” markalı avtomobillərə üstünlük verir.

Tarix
2020.08.22 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə bu barədə razılığa gəldi

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla