Yuxarı

Ödənişli yol: Pulunu ver, saatda 120 km sürətlə sür - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişli yol: Pulunu ver, saatda 120 km sürətlə sür - Video

Xızı rayonun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən ödənişli avtomagistralında layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb.

Yolun əsas üstünlüklərindən biri odur ki, bu yoldan hərəkət edənlər heç bir yaşayış məntəqəsini görmür. Belə ki, Bakıdan start götürən sürücü Rusiyaya kimi rahat və təhlükəsiz saatda 120 km sürətlə hərəkət edir. Sadəcə sürücülər bu yoldan istifadə üçün xüsusi kart əldə edərək, balansını artıracaq və yolda hərəkətini davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə ATV-də yayımlanan süjetdə qeyd olunub. Məlumata görə, Rusiyaya aparan ödənişlin yolun birinci mətəqəsində işlər artıq yekunlaşıb. Birinci məntəqə 4 keçiddən ibarətdir. Keçidlərdən biri xüsusi xidmət avtomobillərinə aid olan keçiddir.

İkinci keçid isə sürətli keçid adlanır. Buradan yalnız o avtomobillər hərəkət etmiş olacaq ki, onlar bu keçiddə dayanmadan düz 5-ci məntəqəyə qədər yolu qət etməli olacaq. Onların kart balansından pul sonuncu keçiddə çıxılacaq. Digər keçidlər isə adi keçidlər sayılır.

Bu yoldan istifadə edən sürücülər avtomobilinin alın şüşəsinə cipli kart yapışdıracaq. Keçidlərdə quraşdırılan avadanlığın içərsindəki xüsusi sistem buradan hərəkət edən həmin nəqilyyat vasitəsini dərhal tanıyacaq.

Yol turizm və kənd təsərüfatı üçün də əlverişli zəmin yaradacaq.

AYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, yeni avtomobilin tikilməsi ölkədə nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması ilə yanaşı bölgədə turizmin inkişafına təkan verəcək və dəhlizlə yük daşınmasına əsas rol oynayaraq ölkənin iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərin artmasına, yeni iş yerlərinin açılmasına, öz növbəsində bir çox sosial problemlərin həllinə də şərait yaradacaq.

Yeni magistral avtomobil yolundan istifadə üçün hələ ki, konkret tarif müəyyən edilməyib. Bununla bağlı təkliflər artıq Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya ödənişli avtomagistralın ümumi uzunluğu 150 km olacaq. Layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Digər işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Tarix
2020.08.26 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə bu barədə razılığa gəldi

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü - Foto

Prezidentin Türkiyə səfəri ilə bağlı yeni paylaşım - Video

Bayramov Antalyada portuqaliyalı həmkarı ilə görüşdü - Foto

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla