Yuxarı

BNA konsepsiya hazırlayır: taksi qiymətləri artacaq - Şərh

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA konsepsiya hazırlayır: taksi qiymətləri artacaq - Şərh

BNA-nın taksi fəaliyyəti ilə bağlı hazırladığı konsepsiyadan sonra yəqin ki, taksi qiymətləri artacaq.

Bunu Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda video-konfrans formatında görüş keçirilməsini şərh edərkən deyib. O bildirib ki, hazırkı taksi qiymətləri reallığı əks etdirmir və hədsiz ucuzdur:

“Taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı keçirilən video-konfransda mən də iştirak edərək, təkliflərimi səsləndirdim. Belə düşünürlər ki, taksi fəaliyyəti ilə bağlı artıq nizam-intizam yaradılmasına ehtiyac var. Konsepsiyanın qəbul olunması müsbət addımdır. Taksi fəaliyyəti elə bir sahədir ki, onu nizamlamaq, hansısa çərçivəyə salmaq çətindir. Ümid edirəm ki, BNA bunun öhdəsindən gələcək.

İclasda dedim ki, nə qədər sərt qərarlar veririksə, bir o qədər də xidmət göstərilməsi üçün şərait yaratmaq lazımdır. Əgər taksi fəaliyyəti üçün hansısa bir sistem yaradılırsa, sürücünün fərqlənmə nişanı alması və s. üçün vergi ödənişi və rüsum tələb edilirsə, onların rahatlığına da şərait yaratmaq lazımdır. Bu şərait yaradıldıqdan sonra onlardan qayda-qanun tələb etmək olar.

Bu gün taksi sürücüləri avtobusdan ucuz qiymətə işləyirlər. Onlar hansısa şirkətlər tərəfindən istismar olunurlar. Elə şirkətlər var ki, onlar özünü taksi şirkətləri adlandırırlar. Lakin onlar şirkət deyil, operatordurlar. Müştəriləri sürücülərə yönləndirirlər və bundan da sürücülərin haqqının bir hissəsini özlərinə götürürlər. Belə hadisələrin fonunda sürücülər əziyyət çəkir.

Konsepsiyanın mahiyyəti müsbət qarşılandı. Burada taksilərdə vahid qiymətin tətbiq edilməsi ilə komfortun yaradılması, sürücülərin intellekt səviyyəsinin yüksəldilməsi, küçələrin tanıdılması və s. məsələlərdə sürücülərin bilik və bacarıqlara yiyələnməsini təmin etmək vacibdir.

Düzdür, bu konsepsiyanın gerçəkləşməsi vaxt aparacaq, amma ümid edirəm ki, müzakirələrdən sonra lazımı sənəd qəbul ediləcək”.

Ekspert bildirib ki, konsepsiya çərçivəsində erməni iş adamlarına məxsus taksi şirkətlərinin ölkəmizdəki fəaliyyətinə son qoyulmalıdır:

“Arxasında erməni iş adamının dayandığı “Yandeks”, “Uber”, “Maksim” və bu kimi şirkətlər Azərbaycana qədəm qoyandan sonra taksi şirkətləri arasında rəqabət yaranıb və lazımsız formada qiymətləri endiriblər. Bu məsələlər tənzimlənməlidir və qiymətlər normal vəziyyətə gətirilib çatdırılmalıdır.

Erməni mənşəli taksi şirkətləri bazara daxil olub qiyməti ucuzlaşdırıraq yerli şirkətləri sıxışdırırlar ki, bazardan çıxsın. O şirkətlərin istifadə etdiyi xəritə belə ermənilərə xidmət edən xəritələrdir. Bu xəritələrdə işğal olunmuş Azərbaycan torpaqları, hətta Bakının bəzi küçələri belə erməni adı ilə verilir. Bu, yolverilməzdir”.

Tarix
2020.08.31 / 15:34
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla