Yuxarı

16 yaşlı “Porşe” sürücüsünə cinayət işi açıldı - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
16 yaşlı “Porşe” sürücüsünə cinayət işi açıldı - Video

Paytaxtın Həsən Əliyev küçəsində 90 UD 900 dövlət nömrə nişanlı, "Porşe" markalı avtomobilin yolun əks istiqamətində hərəkət edərək piyada keçidində piyadanı vurması hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bunu Axar.az-ın sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev deyib. Elşad Hacıyev əlavə edib ki, hazırda bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Avtosfer.az avtomobili sürən şəxsin 16 yaşlı Firuz Salmanov olduğunu yazıb. Firuz Salmanov sosial şəbəkələrdə müxtəlif vaxtlarda "Niva" markalı avtomobil ilə avtoşluq edərək videolar paylaşıb. Eyni zamanda çoxsaylı qayda pozuntuları edib.

Hazırda idarə etdiyi "Porşe" markalı avtomobil anası Ülviyyə Salmanovanın adınadır. Avtomobili isə idarə etmək hüququ atası Pərviz Salmanova məxsusdur. Pərviz Salmanov ticarətlə məşğuldur və parça alğı-satqısı ilə məşğul olur.

Firuz Salmanov sürücülük hüququ olmadan avtomobili idarə edir.

Hadisə avqust ayının 24-də baş verib. Vurulan şəxsin ağır yaralandığı və bir müddət sonra vəfat etdiyi də bildirilir.

Tarix
2020.09.08 / 13:11
Müəllif
Tural Turan
Digər xəbərlər

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla