Yuxarı

Koreya avtomobilləri ilə bağlı xəbərdarlıq - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koreya avtomobilləri ilə bağlı xəbərdarlıq - Video

Son illər ölkəmizə Amerika və Koreyadan gətirilən avtomobillərin sayında kəskin artım müşahidə edilir. Bu işlə məşğul olan şirkətlərin sayı da hər keçən gün artır.

Axar.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, mütəxəssislər sürücüləri bu ölkələrdən avtomobil seçərkən diqqətli olmağa çağırır. Çünki verilən vədlər heç də hər zaman doğru çıxmır.

Avtomobil ustası Sahil Ağabəyli xaricdən gətirilən avtomobillərlə bağlı tez-tez rastlaşılan problemləri sadalayıb.

Ustanın sözlərinə görə, Koreyadan fərqli olaraq, Amerikadan gətirilən avtomobillərlə bağlı daha dəqiq məlumat verilir. Amma bu avtomobillər də qəzalı və ölkəmizdə detalları baha olduğundan sürücülər üçün əlavə problemə səbəb olur.

Usta deyib ki, sürücülər sifariş verdikləri şirkətlə bütün təffərüatı razılaşdırdıqdan sonra ödəniş etsələr yaxşıdır. Əks halda daha ucuz maşın almaq adı ilə aldana və ikiqat xərcə düşə bilərlər.

Xaricdən gətirilən avtomobillərə sürücülərin münasibəti isə birmənalı deyil.

Tarix
2020.09.14 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla