Yuxarı

Prezidentin sürdüyü zirehli avtomobil - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin sürdüyü zirehli avtomobil - Foto

Dünən Cəbrayıl rayonuna səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarə etdiyi zirehli avtomobil böyük marağa səbəb olub. Zirehli texnika Azərbaycan-Kanada müdafiə şirkəti AZCAN tərəfindən istehsal olunur. AzCan Sentry APC adlandırılan zirehli avtomobil əsasən Daxili İşlər Nazirliyinin personalı tərəfindən istifadə olunur.

Axar.az Ted.az-a istinadən xəbər verir ki, Kanada-Azərbaycan birgə müəssisəsi AZCAN Defence Solutions (İNKAS Armored Vehicle Manufacturing Kanada şirkəti ilə birgə təsis olunub) Azərbaycan Daxili İşlər Nazirliyinə APC-Armored Personnel Carriers zirehli piyada döyüş maşınlarının satışına dair müqavilə imzalayıb. Müqavilə əsasında da şirkət artıq bir neçə döyüş maşınını Azərbaycana çatdırıb.

İNKAS şirkəti hərbi maşınlar yox, hüquq-mühafizə orqanları üçün nəzərdə tutulmuş hərbiləşdirilmiş maşınlar istehsal edir. Eyni zamanda, ARC zirehli personal daşıyıcıları ordu bölmələri, xüsusi təyinatlı bölmələr tərəfindən də istifadə oluna bilər.

İNKAS Huron ARC çoxməqsədli taktiki nəqliyyat vasitəsidir, öz sərnişinlərini istənilən iqlim şəraitində daşımaq, müdafiə etmək imkanındadır, mina partlayışına qarşı yüksək dözümlülüyə malikdir. Nəqliyyat vasitəsi polis və ordu qüvvələrinin taktiki missiyalarında istifadə olunmaq üçün layihələndirilib.

Şirkətin AZCAN-la birgə istehsal etdiyi Huron və Sentry zirehli avtomobilləri ilk dəfə 2016-cı ilin yazında Bakıda keçirilən ADEX 2016 sərgisində nümayiş olunub.

Avtomobil İsrailin İAİ və General Robotics şirkətləri tərəfindən işlənib hazırlanmış, məsafədən idarə olunan Pitbull döyüş modulu ilə təchiz edilib.

2016-cı ilin sonlarından fəaliyyətə başladığı elan edilən AZCAN birgə müəssisəsi həmin zirehli maşınların Bakıda birgə istehsalını təşkil edərək onları dünyanın bir çox ölkələrinə ixrac etməyi planlaşdırıb. Həmin maşınların Kanadada yığılan ilk partiyası Azərbaycan DİN-ə satılıb.

Bəzi məlumatlara görə, həmin avtomobillərin istehsalı üçün lazım olan polad da Azərbaycandan alınıb.

Tarix
2020.11.17 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla