Axar.az
Yuxarı

Axar.Az Logo

“Zəfər” avtomobilinin dizaynı hazırlandı - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı gənc dizayner Ramil Nəcəfov yeni layihə üzərində işini başa çatdırıb. Onun budəfəki layihəsi Vətən müharibəsində qazandığımız şanlı qələbəyə həsr olunub.

Axar.az xəbər verir ki, dizayner hazırladığı avtomobil layihəsinin “Zəfər” adlandığını bildirib.

Avtomobilin 3d formatda dizaynını işləyən Ramil qeyd edib ki, yeni layihənin hazırlanmasında estetik və modern üslubdan, eləcə də müasir texnologiya və vizual səhnələrdən istifadə olunub:

“Qarabağımızda qazandığımız möhtəşəm qələbə məni bu işə sövq etdi. Şuşanın azad olunması, qısa müddətdə bu mədəniyyət beşiyimizə avtomobil yolunun çəkilişinə başlanması məni hədsiz sevindirdi. Ona görə də vizual səhnələrdə “Zəfər” avtomobilini Şuşaya çəkilməkdə olan avtomobil yolunda göstərməyə çalışmışam”.

Ramil Nəcəfovun sözlərinə görə, bu layihə təkmilləşdirilərək gələcəkdə yerli avtomobil sənayesinə, həmçinin dünya bazarına çıxarıla bilər.

28 yaşlı olan gənc dizayner bu sahə üzrə təhsilini xaricdə davam etdirmək, avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək arzusundadır.

Tarix
2021.01.13 / 17:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Votsap geri çəkildi: Müqavilə...

“Samsunq” ən müasir smartfonunu təqdim etdi

Sovetin məşhur limuzini 26 milyona satışa çıxarıldı

Pessimist proqnoz: Maşın bazarında durğunluq...

Tarif Şurasının qərarı: bu maşınlar dəbə minir

TŞ-nin qərarı: bu maşınlar ucuzlaşacaq

İki nəhəng birləşir: dünyanın ən böyük 4-cü avtokonserni...

Türkiyənin elektromobilinin qiyməti açıqlandı

Yanvarın 1-dən Votsap bu telefonlarda işləməyəcək

Ağ-qara ekranlı 5G texnologiyalı smartfon - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla