Yuxarı

Əpl "Hunday"la birgə elektromobil istehsal edəcək

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əpl "Hunday"la birgə elektromobil istehsal edəcək

Əpl (Apple) şirkətinin ilk elektromobili “Əpl Kar” “Hunday Motor”un “Elektrik Global Modular Platform” (E-GMP) platformuna əsasən istehsal olunacaq.

Axar.az Fins.az-a istinadən xəbər verir ki, bu barədə “TF İnternational Securities”in eksperti Minq-Çi Kuo məlumat yayıb.

Belə ki, dekabr ayında açıqlanmış “E-GMP” iki motorla təchiz edilib və birdəfəlik tam doldurma ilə 500 km məsafə qət etmək iqtidarındadır. 18 dəqiqəyə 80 faizlik doldurula bilən batareyalara sahib olan “E-GMP” 3,5 saniyə ərzində 60 mil/saat sürəti toplamaqla maksimum 160 mil/saat (250 km/saat) sürətə malikdir. Əpl isə pilotsuz idarəetmə üçün müvafiq avadanlıq və proqram təminatı hazırlayacaq.

KİA şirkətinin ABŞ-dakı müəssisəsində 2024-cü ildən buraxılması güman edilən “Əpl Car”dan 2025-ci ilədək 1 milyonadək istehsal olunması nəzərdə tutulur.

Əpl, həmçinin ABŞ-ın GMC və Avropanın PSA kimi nüfuzlu avtomobil istehsalçıları ilə də əməkdaşlıq etməyi düşünür.

Tarix
2021.02.03 / 00:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu Əliyev etmişdi: müxalifətə cavab verəcəm - Erməni bloger

Erməni separatçılarının şikayətlərinə baxıldı: Dəlillər...

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr

Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

Tacikistandakı səfirimiz də geri çağırıldı - Yeni təyinat

Prezident Qazaxıstandakı səfirimizi geri çağırdı - Yeni təyinat

Hindistandakı səfirimiz geri çağırıldı - Yeni təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla