Yuxarı

Bakıda işıqforlardan vaxt ölçənlər yığışdırılır - Səbəb

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda işıqforlardan vaxt ölçənlər yığışdırılır - Səbəb

Bakıda quraşdırılan işıqforlardakı rəqəm taymerlərinin hamısı yığışdırılmır.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

O bildiriB ki, rəqəm taymerləri əsasən yol qəzaları baş verən ərazilərdəki işıqforlardan yığışdırılır:

"Bununla bağlı mütəmadi olaraq həmin küçələrdə müşahidələr aparılıb, Dövlət Yol Polisi İdarəsindən ardıcıl müraciətlər daxil olub. Müəyyən edilib ki, bəzi küçələrin kəsişməsində baş verən qəzaların əksəriyyətinin səbəbi həmin rəqəm taymerləridir. Əsasən həmin ərazilərdə rəqəm taymerləri piyadaların vurulması ilə nəticələnir. Buna görə də, həmin küçələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə işıqforlarda olan rəqəm taymerləri yığışdırılır, əvəzində işıqforla tənzimlənən piyada keçidləri çəkilir".

Mais Ağayev bildirib ki, yol qəzaları olmayan küçə və prospektlərdəki işıqforlarda isə rəqəm taymerləri qalmaqdadır və həmin taymerlər yığışdırılmayacaq.

Tarix
2021.02.05 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla