Yuxarı

Bu sürücülər məsuliyyətə cəlb ediləcək – Əsədov

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sürücülər məsuliyyətə cəlb ediləcək – Əsədov

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi təbliğatın və təhlükəsizliyin artırılması məqsədi ilə sürücülərə müraciət edib.

Axar.az Report-a istinadən xəbər verir ki, idarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov sürücülərin avtomobilə əyləşməzdən öncə sənədlərinin qaydasında olmasını yoxlamalı olduğunu bildirib.

“Avtomobilə əyləşməzdən öncə sənədlərin qaydasında və üzərinizdə olmasını yoxlayın, sərxoş və psixotrop maddələrin təsiri altında olmadığınıza əmin olun və avtomobilə vizual baxış keçirərək qeydiyyat nişanlarının təmiz olmasına, işıq cihazlarının işləməsinə, təkərin təzyiqinə, şüşə silgəclərinin işləməsinə əmin olduqdan sonra sükan arxasına əyləşməlisiniz.

Avtomobili işə saldıqdan sonra isə həm özünüzün, həm də sərnişinlərin təhlükəsizlik kəmərindən düzgün istifadə edilməsini təmin etməlisiniz. O cümlədən 12 yaşınadək uşaqları apararkən qabaq oturacaqda xüsusi uşaq oturacağı mütləq şəkildə olmalıdır. Arxa oturacaqda xüsusi uşaq oturacağı olmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmasa da, tövsiyə edirik ki, uşaqların təhlükəsizliyi üçün onları xüsusi oturacaqda aprasınız. Yola çıxmazdan əvvəl metereoloji şəraitlə tanış olsunlar və gedəcəkləri istiqamətdə ən qısa yolu dəqiqləşdirsinlər. Yola çıxdıqdan sonra isə həmin istiqamət üzrə sürət rejiminə, ara məsafəsinə, zolaqlar üzrə hərəkət qaydalarına əməl etsinlər. Sağ zolaq boş olan halda sol zolaqla getməmələri, piyada və dəmiryol keçidlərində daha diqqətli olmaları tövsiyə olunur”, - V.Əsədov deyib.

“Yolda hərəkət üstünlüyünə malik olan təcili tibbi yardım, polis, yanğın söndürən və digər operativ nəqliyyat vasitələri göy və ya qırmızı sayrışan işıq və xüsusi səs siqnalı verərək yaxınlaşdıqda həmin nəqliyyat vasitələrinin sərbəst hərəkətinə, hətta dayanmaq belə lazım olarsa şərait yaradın. Sükan arxasında fikri yayındıra biləcək hərəkətlərdən və mobil telefondan uzaq durun. Hərəkət zolağını dəyişərkən dönmə, ötmə, hərəkətə başlama dayanma ilə bağlı manevr etdikdə digər sürücüləri xəbərdar etmək üçün dönmə işıqlarından mütləq istifadə edin. Sərnişinləri düşürərkən yalnız səki tərəfdən düşmələrini və qapını açarkən digər hərəkət iştirakçılarına mane olmamalarını onların diqqətinə çatdırın.

Unutmayın ki, "Yol Hərəkəti Haqqında Qanun"un 37-ci maddəsi sürücülərin hüquq və vəzifələrini tənzimləyir. Bu vəzifələrin icra edilməməsinə görə sürücü "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddəsi ilə məsuliyyətə cəlb oluna bilər”, - şöbə rəisi vurğulayıb.

Tarix
2021.02.08 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla