Yuxarı

Lüzumsuz siqnal verənlər cərimələnəcək - Xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lüzumsuz siqnal verənlər cərimələnəcək - Xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

İdarədən Axar.az-a verilən məlumata görə, son zamanlar paytaxt küçələrində intensiv hərəkət müşahidə olunur.

“Günün pik saatlarında şəhərin mərkəzi küçə və prospektlərində yaranan sıxlıq zamanı sürücülər lüzumsuz olaraq səs siqnallarından istifadə edirlər. Qeyd olunan hal ilk öncə paytaxt sakinlərinin narahatçılığına və haqlı narazılığına səbəb olur.

Sürücülərimiz onu bilməlidir ki, “Yol Hərəkəti Haqqında Qanun”un tələbləri çərçivəsində səs siqnalları yaşayış məntəqələrində yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə istifadə oluna bilər. Əks təqdirdə bu hal inzibati xəta tərkibi yaradır və sürücülər İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən cərimə oluna bilərlər.

Bir daha sürücülərdən xahiş edirik ki, paytaxt sakinlərinin, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması və inzibati məsuliyyətə cəlb olunmamaları üçün bu növ qayda pozuntusu törətməkdən çəkinsinlər”, - məlumatda qeyd olunub.

Tarix
2021.03.10 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla