Yuxarı

Bu taksi şirkəti qiymətləri 20 faiz artırdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu taksi şirkəti qiymətləri 20 faiz artırdı

“Maksim” taksi şirkəti qiymətləri təxminən 20 faiz artırıb.

Axar.az xəbər verir ki, şirkətin əvvəlki həftəiçi qiymətləriylə müqayisədə qiymətlərdə son günlər nəzərəçarpacaq dərəcədə ciddi artım müşahidə olunur. Bu artımın həftə sonlarında ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığı üçün daha da çox olduğu bildirlir.

Məsələ ilə bağlı şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, qiymət artımı tələbatın artması, yollardakı vəziyyət, hava şəraiti və s. kimi amillər səbəbindən avtomatik baş verir:

“Taksidə qiymətin təyin olunması prosesi dinamik şəkildə həyata keçirilir. Qiymət avtomatik olaraq, yəni şəhərin hər rayonu üçün sərnişinlərdən irəli gələn tələb və təklif, aktiv sürücülərin sayı nəzərə alınmaqla hesablanır. Həmçinin yol və hava şəraiti nəzərə alınmaqla, o, dəyişə bilər.

Eləcə də karantin məhdudiyyətləri yumşaldıqdan sonra restoranlar, kafelər və insanların kütləvi toplaşdığı məkanlar açılmağa başladı. Buna müvafiq olaraq, sərnişin axını və səfərlərə tələbat artdı. Və bu da, öz növbəsində, Bakı yollarında çox sayda tıxaclara gətirib çıxardı. Taksilərin normal işinin təmin olunması üçün qiymətlərin dəyişilməsi zəruri məsələdir. Tıxaclarda boş durmalara görə sərf edilən yanacağın həcmi və itirilən vaxt artır. Yəni, obyektiv səbəblərə görə sürücü daha az sifariş yerinə yetirir, daha az qazanır. Məhz buna görə sifarişlərin sayının kəskin artmasına cavab olaraq sistem artan əmsallarla reaksiya verir ki, sifarişləri yerinə yetirməyə sürücülərdə motivasiya olsun, sərnişinlər isə avtomobili daha az gözləsin. Vəziyyət stabilləşən kimi qiymətlər də əvvəlki hala qayıdır”.

Tarix
2021.03.12 / 13:37
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla