Yuxarı

DYP-dən sürücülərə xəbərdarlıq

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən sürücülərə xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

İdarədən Axar.az-a verilən məlumata görə, paytaxtın küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis tərəfindən gücləndirilmiş qaydada profilaktik tədbirlər davam etdirilir:

“Dayanma-durma qaydalarını pozan sürücülər əsasən günün pik saatlarında intensiv hərəkət müşahidə olunan küçə və prospektləri, ictimai nəqliyyat üçün ayrılmış yolları, həmçinin avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, eləcə də mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olur.

Bir daha sürücülərə dayanma-durma qaydalarına düzgün əməl olunması və bu sahədə nəzarət tədbirlərin gücləndirilməsi məqsədilə xəbərdarlıq edir, onlardan “Yol Hərəkəti Haqqında” qanunun çərçivəsində, həmçinin yollarda hərəkətdə olan digər şəxslərin hüquqlarının pozulmaması, özlərinin isə inzibati məsuliyyətə cəlb olunmamaları üçün qayda pozuntusu törətməkdən çəkinmələrini xahiş edirik”.

Tarix
2021.03.31 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla